Ukraynada xüsusi əməliyyatlar başlayandan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Kiyev və Moskva arasında razılaşma olmadan ləğv edilə bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolz bazar ertəsi “CDF” telekanalının efirində bildirib.
Alman kanslerin fikrincə, Rusiyanın öz şərtlərini diktə edəcəyi “qoyma sülhü” olmamalıdır: “Ukrayna Rusiya ilə razılığa gəlmədən, biz sanksiyaları ləğv etməyəcəyik”.
Şolzun sözlərinə görə, Putin Ukrayna ilə razılığa gəlməlidir.
“...Almaniya Krımın Rusiyaya birləşdirilməsini tanımır”. Bunu da Şolz aparıcının sualını cavablandırarkən deyib.
Almaniya kansleri həmçinin onu da bildirib ki, burada Ukrayna öz suverenliyini və azadlığını müdafiə edə bilməlidir. Yəni yaşananlarda Rusiya qazanıb, Ukrayna itirməməlidir.
O, həmçinin qeyd edib ki, Almaniya Ukraynanı, o cümlədən müdafiə sahəsində dəstəkləməyə davam edəcək, lakin tələsik hərəkət etməyəcək. Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya Ukraynanı dəstəkləyir: “...və dəstəkləməyə davam edəcək. Amma kimsə yüksək səslə bunu tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur”.
“Hər bir qərarla onun nəticələrini düşünürük”-deyən Almaniya kansleri əlavə olaraq ölkəsinin məqsədini də bildirib: “...“Bizim məqsədimiz hərbi əməliyyatları tez bir zamanda dayandırmaq, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına nail olmaqdır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB