Polşa Rusiya qazına əvəz tapdı

Polşa Rusiya qazına əvəz tapdı

Rusiya təbii qaz axınını kəsdikdən sonra Polşa Litva-Polşa təbii qaz boru kəməri (GIPL) vasitəsilə Litvadan mayeləşdirilmiş təbii qaz almağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, aprelin 27-də Rusiya qazının milli valyuta rublla satılması qərarına qarşı çıxan “Qazprom”un Polşa və Bolqarıstana verdiyi qaz axını kəsilib.

Baltik Boru Kəmərinin işlərini sürətləndirən Polşa Litva-Polşa təbii qaz boru kəməri (GIPL) vasitəsilə Litvadan mayeləşdirilmiş təbii qaz almağa başlayıb.

GIPL ilə Polşa Litvanın Klaypeda şəhərindəki mayeləşdirilmiş təbii qaz terminalına və Finlandiya tərəfindən bu terminala çatdırılan mayeləşdirilmiş təbii qaza çıxış əldə edib.
İstifadəyə verilən GİPL-də oktyabrda tam gücün əldə olunacağı, bu tarixədək kəmərin ötürücülüyünün 2 milyard kubmetr olacağı bildirilib. Oktyabrdan sonra Polşadan Litvaya təbii qaz axınının 2,5 milyard kubmetrə, Litvadan Polşaya təbii qaz axını tutumunun isə 2 milyard kubmetrə çatacağı bildirilib. Həmçinin bildirilib ki, bu xəttin istifadəyə verilməsi qaz təchizatı baxımından çevikliyi artıracaq.

Ötən cümə günü Litva prezidenti Gitanas Nauseda Rusiyanın enerji şantajına daha böyük birlik və əməkdaşlıqla cavab verilməli olduğunu bəyan edərək, mümkün qədər tez tam enerji müstəqilliyinə nail olmaq istədiklərini bəyan edib. Nauseda bəyan edib ki, Avropa İttifaqında (Aİ) Rusiya qazı və qan qoxuyan neftə yer yoxdur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə