Bu dəfə də ruslar özlərindən yazırlar...
... Yaponiyadakı şirkətlərin təxminən 66 faizinin Rusiyaya qarşı sanksiyalar fonunda çətinliklərlə üzləşdiyini yazırlar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu “Teikoku Databank” tədqiqat mərkəzinin sorğusu sübut edib.
Belə ki, respondentlərin 50,4 faizi lazımi həcmdə materialları əldə etməkdə çətinlik çəkdiyini bildirir. Bununla yanaşı, 66,3 faiz yanacaq daxil olmaqla qiymətlərdə artım hiss etdiyini bildirir.
Bəzi müsahiblər xammal qiymətlərinin artımını son məhsulların maya dəyərinə köçürməyi planlaşdırdıqlarını da qeyd ediblər. Bu variantı şirkət nümayəndələrinin 46,9 faizi seçib. “RİA Novosti” xəbər verir ki, daha 20,4 faiz problemin alternativ həll yollarını axtardıqlarını bildirib.
...Qeyd edim ki, rus saytları belə xəbərləri verməkdə elə bil “qürur” duyurlar.
...Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrin bir azdan gəlib Moskvadan üzrxalıq edib, əl-ayağına düşəcəklərini yazmaqdan özlərini güclə saxlayırlar. Təbii ki, bu da belə yazılara bir nümunədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB