Ağ Evin keçmiş rəhbəri Donald Trampın dediyinə görə, hazırkı dövlət başçısı Cozef Baydeninin il yarımdan da az çox müddətdə ABŞ-a vurduğu zərəri ölkə tarixində “ən pis beş prezidenti” belə vurmayıb.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“...Amerika tarixinin ən pis beş prezidentini götürə bilərsiniz, onları bir araya gətirə bilərsiniz və onlar Baydenin cəmi 16 ayda ölkəmizə vurduğu zərəri edə bilmədilər...amma Bayden bunu bacardı”.
Qeyd edək ki, Bayden bunu Nebraska əyalətində tərəfdarları ilə keçirdiyi görüş zamanı bildirib.
Keçmiş prezident Ukraynadakı hadisələrə görə də hazırkı Amerika liderini günahlandırıb. O qeyd edib ki, bu vəziyyət bütün dünya üçün fəsadlarla, o cümlədən yeni dünya müharibəsinin başlaması riski ilə doludur.
“...Ölkəmiz cəhənnəmə gedir, amma biz bunu düzəldəcəyik. Sadəcə ümid edirəm ki, bunun üçün hələ də gec deyil. Ukraynada baş verənlər çox təhlükəlidir. Bu bütün dünya üçün təhlükəli ola bilər. Bu, yeni dünya müharibəsinə çevrilə bilər. İndi ölkəmizi vəziyyəti dünya müharibəsinə gətirə biləcək insanlar idarə edir” - deyə Tramp bildirib.
Xatırladaq ki, eks-prezident bundan əvvəl Rusiya ilə Ukrayna arasında danışıqlara ehtiyac olduğunu bəyan etmişdi. Siyasətçi tərəflərin danışıqlar aparmaq istəmədiyi indiki vəziyyətin heç bir mənası olmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB