Lavrov Putinin səhhəti barədə danışıb

Lavrov Putinin səhhəti barədə danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı Qərbdə mövcud olan fərziyyələri şərh etmək istəyinə cavab verib.

XİN rəhbəri bu barədə son vaxtlar Putinlə təmasda olan xarici siyasi liderlərdən soruşmağı tövsiyə edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə şəxslər arasında o, xüsusilə BMT-nin baş katibi Antonio Quterreşi qeyd edib.

Qeyd edək ki, Lavrov bu barədə İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində bildirib.

Onu da qetyd edək ki, məhz orada nazirdən Rusiya prezidentinin səhhəti ilə bağlı çoxsaylı fərziyyələri izah etməsi istənilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə