Somalidə hərbi karvanın marşrutunda bombanın partlaması nəticəsində azı 7 əsgər həlak olub.
“SNTV” kanalının məlumatına görə, partlayış paytaxt Moqadişdən təxminən 40 km aralıda, Balad şəhəri yaxınlığındakı avtomobil yolunda yaşanıb.
SİA-nın əldə etdiyi məlumata görə, hücumu “Əş-Şəbab” terror təşkilatının silahlıları təşkil edib.
Son aylar Somalidə prezident və parlament seçkilərinə hazırlıq fonunda terror aktları tez-tez baş verir.
“Əş-Şəbab” yaraqlıları tez-tez həm şəhərlərdə, həm də kənd yerlərində siyasətçilərə və hərbçilərə qarşı hücumlar təşkil edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB