Kiyev Ukrayna ilə bağlı Çinə təklif verib

Kiyev Ukrayna ilə bağlı Çinə təklif verib

Rusiya və Çin də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün beş daimi üzvü Ukraynaya təhlükəsizlik zəmanəti verməlidir. TASS “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

SİA bu barədə “rambler”ə istinad edir.

“Biz Çinə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyi təklif edirik, bu, Çin Xalq Respublikasına hörmət və inamımızın əlamətidir”, - deyə nazır bəyan edib

Kuleba ümid etdiyini bildirib ki, Pekin Moskvaya təsir göstərə və Ukraynada atəşkəsə çağıra biləcək. O vurğulayıb ki, belə bir tədbir vəziyyətin sabitləşməsinə kömək edəcək, hakimiyyət diqqətini mülki şəxslərə kömək etməyə və onların təhlükəsizliyini təmin etməyə yönəldə biləcək.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, mart ayında İstanbulda keçirilən görüşdən sonra danışıqlar prosesi daha da mürəkkəbləşib. Daha sonra Ukrayna Rusiyaya təkliflər verdi ki, bu təkliflərə əsasən, ölkə təhlükəsizlik zəmanəti müqabilində blok və qeyri-nüvə statusunu qəbul edəcək.

Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamianın qeyd etdiyi kimi, Ukrayna bütün zaminlər tərəfindən imzalanacaq və ratifikasiya ediləcək beynəlxalq müqavilə bağlamaq niyyətindədir. O vurğulayıb ki, sonuncu BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həmçinin Almaniya, Türkiyə, İsrail, İtaliya, Kanada və Polşa ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə