Rusiya əsgərləri Ukraynada zirehli avtomobil heykəlinə atəş açıblar

Rusiya əsgərləri Ukraynada zirehli avtomobil heykəlinə atəş açıblar

Rusiya əsgərləri Ukraynada zirehli avtomobil heykəlinin gerçək olduğunu düşünərək atəş açıblar. SİA xarici mətbuata istinadən bildirir ki, Ukraynanın paytaxtı Kiyevə doğru irəliləyən rus əsgərləri Buça parkdakı zirehli maşın heykəlinin gerçək olduğunu zənn edərək atəş açıblar.

Ukrayna Müdafiə Nazirliyinin paylaşdığı görüntülərdə Kiyevin şimal-qərbindəki Buça bölgəsindəki parkda rus döyüş gəmisi tank heykəlini səhv salaraq heykələ atəş açıb. "Buçada rus işğalçıları heykəllə toqquşub", - nazirliyin bəyanatında qeyd edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə