Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayır - YENİLƏNİB

Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayır - YENİLƏNİB

Avropa İttifaqının xarici işlər nazirləri Rusiya təyyarələrinin İttifaqın hava məkanından istifadəsini qadağan etməklə bağlı razılığa gəliblər.

SİA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel açıqlama verib.

***

20.55

Avropa İttifaqı hava məkanını Rusiya təyyarələrinə tamamilə bağlayır.

SİA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.

“Biz Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün Aİ hava məkanını bağlayırıq. Bu təyyarələr Aİ ərazisinə eniş edə və ya havaya qalxa bilməyəcəklər. Bura həmçinin oliqarxların şəxsi təyyarələri də aiddir” – deyə Lyayen bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə