Fransa səfərbər edəcək

Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək.

Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd “Mirage 2000-5” qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə