Britaniya Xarici İşlər Nazirliyi rus oliqarxlarına hücum hazırlayır
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass sanksiyaya məruz qalacaq rus oliqarxlarının yeni siyahısını hazırlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” məlumat yayıb.
Trass məhdudiyyətlərin önümüzdəki həftələrdə daha da çox kleptokratlara şamil ediləcəyini deyib: “Biz sizi izləyirik.”
O əlavə edib ki, Londonun hüquq firmalarından hökuməti təhdid etmək üçün istifadə edən Vladimir Putin rejimi ilə əlaqəli olan varlı adamların “gizlənəcək yerləri olmayacaq”.
Yeri gəlmişkən bildirək ki, bu həftə Baş nazir Boris Conson “Rusiyanın indiyə qədər görmədiyi ən böyük və ən sərt iqtisadi sanksiyalar paketini” açıqlayıb. Bu günə qədər səkkiz oliqarx, o cümlədən 100-dən çox fiziki və hüquqi şəxs və törəmə şirkət dondurulub və onların səfərinə qadağa qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB