Aİ XİN rəhbərləri fevralın 27-də fövqəladə videokonfrans keçirəcəklər
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə əlaqədar fevralın 27-də fövqəladə videokonfrans keçirmək niyyətindədirlər.
SİA-nın məlumatına görə, bu barədə "TASS"a Aİ Şurasındakı ölkələrdən birinin nümayəndə heyətindəki mənbə bildirib.
"Bəli, nazirlər Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sabah videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcəklər", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, nazirlər Rusiyaya qarşı üçüncü sanksiyalar paketinin tətbiqi imkanlarını da müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB