‘‘Mәqsәdlәri hökumәti dәyişdirmәkdir’’

‘‘Mәqsәdlәri hökumәti dәyişdirmәkdir’’

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna hökumәtini dәyişdirmәk istәdiyini söylәyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun fövqəladə iclasından sonra mətbuata açıqlamasında bildirib.

‘‘Rusiyaya Ukraynaya etdiyi hücumları dayandırması, qoşunlarını ölkәdәn çıxarması vә dialoqa qayıtması ilә әlaqәdar çağırış edirik’’,-deyә Yens Stoltenberq qeyd edib.

NATO-nun Baş katibi vurğulayıb ki, müdaxilə qüvvələrimizi quruda və havada hərəkətə keçirdik. 30-dan çox yerdә fәaliyyәt göstәrәn 100-dәn çox qırıcımız var. Hәr müttәfiqi müdafә etmәk üçün nә lazımdırsa edәcәyik. Rus birlikləri Kiyevə doğru irəliləyir, məqsədləri hökuməti dəyişdirməkdir. Ukrayna işğal altındadır. Bu gözlәnilmәyәn vәziyyәtdir.

Stoltenberq Ukraynaya daha çox silah verәcәklәrini dә qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə