Rusiyanın işğalı altında olan Ukraynanın paytaxtı Kiyev güclü bombalı hücumlarla oyanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. Rusiya təyyarəsinin qəzaya uğradığı anlar kameralara əks olunub. Bildirilib ki, PUA vurulduqdan sonra binaya düşüb və yanğına səbəb olub. Kiyevin Darnitsa rayonunda Koşitsa küçəsindəki binada həyəcan təbili çalınarkən vətəndaşlar binadan təxliyə edilib. Yerli hakimiyyət orqanları hələ də ölən və ya yaralananların sayı ilə bağlı dəqiq açıqlama verməsə də, bina sakinlərinin böyük şokda olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB