Bayden 7000 ABŞ əsgəri göndərəcək

Bayden 7000 ABŞ əsgəri göndərəcək

Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ-ın Almaniyaya 7 min əsgər göndərdiyi bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın Ukraynada irəliləməsi davam etdiyi bir vaxtda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək səviyyəli rəsmisi ABŞ prezidenti Co Baydenin göstərişi ilə Almaniyaya 7 min əlavə hərbçi yerləşdirəcəklərini açıqlayıb.

"NATO-nun cavab tədbirləri çərçivəsində Almaniyaya əlavə ABŞ qüvvələrinin yerləşdirilməsinə icazə verirəm. Göndərilən silahlı qüvvələr Avropada Ukrayna üçün döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərqdəki müttəfiqlərə güvən vermək üçün göndərilir"- deyə, Co Bayden bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə