“Türkiyə ölkəmizi dəstəkləyir”

“Türkiyə ölkəmizi dəstəkləyir”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Dmitri Kuleba özünün tviter hesabında yazıb.

“Türkiyə Ukraynanı dəstəkləyir. Rusiyanın Ukraynaya amansız hücumu fonunda Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi üçün praktiki addımlar müzakirə edilib. Ukrayna qətiyyətli addımlar gözləyir. Bizim birgə təhlükəsizliyimiz indi təhlükə altındadır”, - Ukraynanın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə