Rusiyanın hərbi müdaxiləsi nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib ki, hərbi əməliyyatlar nəticəsində 57 ukraynalı həlak olub, daha 169 nəfərsə yaralanıb.
Qeyd edək ki, döyüşlərin davam etdiyini nəzərə alsaq, bu rəqəmlərin artacağı güman olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB