18 Rusiya İl-76 təyyarəsi Kiyevə doğru uçur – Bellingcat

18 Rusiya İl-76 təyyarəsi Kiyevə doğru uçur – Bellingcat

Bir qrup araşdırmaçı jurnalistin məlumatına görə, 18 İl-76 nəqliyyat təyyarəsi Rusiyanın Pskov şəhərindən Kiyev istiqamətində havaya qalxıb. SİA “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “Bellingcat” şirkətinin baş direktoru Xristo Qrozev “Twitter” səhifəsində məlumat verib.

"Ukrayna hakimiyyətindəki mənbələr bildirir ki, 18 İl-76 təyyarəsi Pskovdan çıxıb və Kiyevə uçur, onlar təxminən bir saata çatacaqlar", - məlumatda deyilir.

Qrozevin fikrincə, bu əməliyyatın yeganə ağlabatan məqsədi "bu gün Kiyevi ələ keçirmək və ona tabe etmək (və marionet hökuməti qurmaq) olardı. Dünya buna baxıb, demək olar ki, heç nə etmir".

Xəbərə görə, Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyata başladığını elan edib. Fevralın 24-ü səhər saat 4 radələrində Rusiya Ukraynaya zərbələr endirib və müharibəyə başlayıb.

Ukraynanın hər yerində hərbi vəziyyət tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə