Ukrayna KİV-ləri bir sıra şəhərlərdə partlayışlar barədə xəbər verib
Bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Kiyevdə partlayışlar baş verib. SİA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, Kramatorskda 4 partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayışlar baş verib, Donbassda isə intensiv atışma gedir.
Paytaxtda da partlayış səsləri eşidilir, bunu Poznyakov və Troyeşçina sakinləri bildirib. Borispol hava limanı ərazisində partlayışlar və atışmaların olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB