Ukrayna nüvə silahı əldə etməyə çalışmır

Ukrayna nüvə silahı əldə etməyə çalışmır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Budapeşt Memorandumu ilə bağlı planlarını izah edib. Xüsusilə, o, Ukraynanın yenidən nüvə silahı əldə etmək planının olmadığına əmin edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə D.Kuleba BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Ukrayna qlobal təhlükəsizliyə tarixi töhfə verib. 1994-cü ildə biz nüvə silahından imtina etdik. Dünyanın üçüncü ən böyük nüvə arsenalından. Biz bir daha nüvə silahı əldə etməyəcəyik. Bu gün dünyanın bizim təhlükəsizliyimizi təmin etməsini gözləyirik", - deyə XİN rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə