İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə köməksiz qalan 573 miqrantı xilas ediblər.
SİA xəbər verir ki, iki balıqçı gəmisi ilə Avropaya çatmağa çalışan miqrantların 59-u uşaqdır. Rəsmilər uşaqların əksəriyyətini heç kimin müşayiət etmədiyini açıqlayıblar.
Miqrantlardan birinin xilasetmə əməliyyatından əvvəl öldüyü bildirilir.
Qeyd edək ki, son dövrlərdə Avropaya daxil olmaq ümidi ilə İtaliyaya üz tutan miqrantların sayında artım müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB