Ukrayna hakimiyyəti Donetsk və Luqansk “Xalq respublikaları”nın Rusiyaya hərbi yardımla bağlı müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitterdə yazıb.
“Ukrayna Donetsk və Luqansk işğalçı administrasiyalarının Rusiyaya hərbi dəstək tələbi ilə müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu, təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsidir”, Kuleba tvitterdə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB