Gürcüstan martın 1-dən sərhədlərini bütün ölkələrə açır

Bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası tərəfindən qərar qəbul olunub
Gürcüstan martın 1-dən sərhədlərini bütün ölkələrə açır

Gürcüstan hökuməti martın 1-dən etibarən sərhədlərini bütün ölkələr üçün açır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası tərəfindən qərar qəbul olunub.

Qərara əsasən, martın 1-dən etibarən xarici ölkə vətəndaşları Gürcüstana gələrkən ya iki doza ilə peyvənd olunmalarına dair sənədi, ya da son 72 saat ərzində verdikləri PCR testinin neqativ nəticəsini təqdim etməlidirlər.

Qeyd edək ki, Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən 67 ölkəyə sərhədlərini bağlamışdı.

Hökumət koronavirusla əlaqədar tətbiq olunan daha bir neçə qadağanı da ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə