Ermənistan XİN: “Moskva və Bakı arasındakı bəyannamə üçtərəfli bəyanatların həyata keçirilməsinə kömək edə bilər”
Unanyana inanmaq olarmı?

"Moskva ilə Bakı arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməinin imzalanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsi üçün əlavə imkanlar yarada bilər”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Ümid edirik ki, Rusiya və Azərbaycan arasında imzalanmış bəyannamə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatların bəndlərinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq”, – Unanyan deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə