Maduro Rusiyaya dəstəyini bildirib

Maduro Rusiyaya dəstəyini bildirib

Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı açıqlamalarını dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, dövlət televiziyasına açıqlama verən Maduro rus xalqı ilə dostluğun əbədi olacağını bildirərək, "Venesuela Putin və Rusiyaya tam dəstəyini təklif edir. Dünyanın cəsur və ədalətli işini müdafiə etmək üçün getdikcə daha çox müttəfiq olacağıq" deyib.
Maduro “ABŞ və NATO Rusiyanı hərbi yolla bitirmək niyyətində olduğunu” və Rusiyanın regionda sülhün tərəfdarı olduğunu bildirib.

Maduro ötən həftə paytaxt Karakasda Rusiya baş nazirinin müavini Yuri Borisovu qəbul edib.

“Venesuela həmişə Putinin, Rusiyanın, Rusiya xalqının yanındadır” -deyə Maduro qeyd edib.

Rusiya prezidenti Vladimir Putin qondarma “Donetsk və Luqansk xalq respublikaları"nın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə