"ABŞ sanksiyaları qlobal maliyyə və enerji bazarlarına zərər verəcək"

"ABŞ sanksiyaları qlobal maliyyə və enerji bazarlarına zərər verəcək"

ABŞ administrasiyasının elan etdiyi sanksiyalar qlobal maliyyə və enerji bazarlarına zərər verəcək və bunun nəticələrini sıravi amerikalılar da hiss edəcəklər.

SİA xəbər veri ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Amerikanın yeni məhdudiyyətləri ilə bağlı sualları cavablandırarkən deyib.

Rusiyalı diplomat bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları heç nəyi həll etməyəcək.

“Tarix hamıya öyrətmir. Sanksiyalar Rusiya ilə bağlı heç nəyi həll etməyəcək”,- deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə