Yaponiya Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib

Yaponiya Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib

Yaponiya hökuməti Rusiyaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yaponiya Baş naziri Fumio Kisida bildirib.

O, Moskvanı “Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün diplomatik addımlara qayıtmağa” çağırıb və qeyd edib ki, qondarma “DNR” və “LNR”nin müstəqilliyinin tanınması “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”.

Baş nazir bildirib ki, buna görə “ölkəmiz sanksiyalar tətbiq etmək qərarına gəlib”.

Bütün xəbərlər Facebook səhifəmizdə