Türkiyə-Yunanıstan 64-cü Məşvərət Danışıqları keçirildi

Türkiyə Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində paylaşılan yazıda bildirilir...
Türkiyə-Yunanıstan 64-cü Məşvərət Danışıqları keçirildi

Yunanıstanın paytaxtı Afinada Türkiyə və Yunanıstan arasında məsləhətləşmə danışıqlarının 64-cüsü keçirildi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində paylaşılan yazıda bildirilir: “Türkiyə ilə Yunanıstan arasında Məşvərət Danışıqlarının 64-cü raundu fevralın 22-də paytaxt Afinada təşkil edildi”.

Qeyd edək ki, fevralın 21-də Türkiyə Xarici işlər nazirinin müavini Sedat Önal yunanıstanlı həmkarı Kostas Fragoyanni ilə iqtisadi və ticari məsələlərlə bağlı “Müsbət gündəm” dialoqu çərçivəsində Afinada üçüncü iş görüşü keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə