Meksikada qatil balina turist qayığını təqib edib. SİA xarici mətbuata istinadən bildirir ki, Meksikanın Sinaloa əyaləti yaxınlığındakı Farallin adası yaxınlığında gəzintiyə çıxan bir qrup turistin ardınca "Orca" kimi tanınan qatil balina da gəlib. Qayıq tam sürətlə getsə də, qatil balina qayığa yetişməyə çalışıb. Qayıqda olan turistlər qatil balinanın görüntülərini sosial şəbəkədə paylaşıblar.
Son illərdə məməlilərə Kortez dənizində daha çox rast gəlinir, dəniz məməliləri isə hər il qış aylarında isti sular axtardıqları üçün Meksikaya sahili olan Kortez dənizinə enirlər. Görüntüləri izləyən mütəxəssislər qatil balinanın qayığı əks cins kimi düşündüyünü açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB