ABŞ prezidenti Co Baydenin Rusiyanın müstəqilliyini tanıdığı Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətləri ilə ticarəti qadağan edən fərman imzaladığı bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın Ukraynanın şərqindəki rusiyapərəst separatçı Donetsk və Luqansk vilayətlərini müstəqil ölkələr kimi tanımasından sonra Qərb dünyasında sanksiyalar ssenariləri müzakirə olunmağa başlayıb. ABŞ prezidenti Co Bayden Donetsk və Luqanskla biznes fəaliyyətini qadağan edən fərman imzalayıb və Rusiya prezidenti Vladimir Putinin sülhün bərqərar olması üçün hərbi qüvvələr göndərilməsi əmri verib.
Fərmanla Rusiyanın müstəqilliyini tanıdığı rusiyapərəst separatçıların nəzarətində olan Donetsk və Luqansk Xalq Respublikalarına investisiya qoyuluşu və bu bölgələrdən ABŞ-a birbaşa və ya dolayı yolla idxal və ya ixrac fəaliyyətləri qadağan edilib. Fərmanın müddəalarına əməl etməyən, bölgə ilə ticarət əlaqələri quran şəxslərə və qurumlara qarşı sanksiyaların tətbiq ediləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB