Çin ABŞ-a xəbərdarlıq etdi

Pekin ABŞ-ın Tayvanı istifadə edərək Çinə nəzarət etmək cəhdlərinin səhv olduğu barədə xəbərdarlıq edib və Vaşinqtonun məcbur etdiyi hazırkı rəqabətin münaqişəyə çevrilə biləcəyini qeyd edib. SİA xarici mətbuata istinadən bildirir ki, Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Antoni Blinkenə telefon danışığı zamanı deyib ki, Tayvanı Hind-Sakit okean planına daxil etmək cəhdləri “yalan siqnallar” verir.

Çin rəsmiləri daha əvvəl ABŞ-ın Tayvana silah satışına cavab olaraq əks tədbirlər görəcəklərini açıqlamış və Lockheed Martin və Raytheon Technologies şirkətlərinə sanksiyalar tətbiq edəcəklərini vəd etmişdilər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə