Zelenski: “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq"

Zelenski: “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq"

“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə