Silahlı qruplaşmalar zamanı çox sayda dinc əhali ölüb

Silahlı qruplaşmalar zamanı çox sayda dinc əhali ölüb

Nigeriya ordusunun şimal qonşusu Nigerlə sərhəddə silahlı qruplaşmalara qarşı həyata keçirdiyi əməliyyatda çox sayda dinc sakin həyatını itirib. SİA-nın Sərhədsiz Həkimlər Təşkilatının yaydığı məlumata istinad etdiyi xəbərdə Nigeriya ordusunun Nigerin Madarounfa bölgəsində yerləşən bir kəndəki silahlı qruplaşmaları hədəfə götürdüyü əməliyyatda 12 mülki vətəndaşın həyatını itirdiyi, 16-nın yaralandığı bildirilib. Həyatını itirənlərdən 4-ü uşaq olub.

Nigeriya ordusundan yayılan açıqlamada bildirilib ki, əməliyatda silahlı qruplaşmalar hədəfə götürülüb, 12 mülki vətəndaş səhvən vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə