Hindistan səsdən sürətli qanadlı raketi sınaqdan keçirib

Hindistan səsdən sürətli qanadlı raketi sınaqdan keçirib

Hindistan Hərbi Dəniz Donanması səsdən sürətli qanadlı raketi sınaqdan keçirdiyini açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, “İNS Visakhapatnam” gəmisindən qalxan səsdən sürətli qanadlı raket “BrahMos” testdən uğurla keçib.

Raket əslində keçən ay Hindistanın qərb sahillərində test edilib, amma yeni elan olunub.

Sınaq gəmisi Benqal körfəzinin şərq sahilindən Visakhapatnama çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə