Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Rusiya ilə Ukrayna arasında gərginliklə bağlı mətbuatda gedən xəbərlərə ehtiyatla yanaşmaq lazım olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Almaniyada Münhen Təhlükəsizlik Konfransında iştirakından sonra jurnalistlərə açıqlamalar verən H.Akar deyib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan iki həftə əvvəl nümayəndə heyəti ilə Ukraynaya səfər etmişdi. Prezidentimizlə ukraynalı həmkarının söhbəti çox səmimi keçdi. Hadisələrin gedişatını yaxından izləyirik.
Donbas hərbi fəaliyyət var. Bu hərbi hərəkətliliyin müəyyən təsirləri yaranır. Mətbuatda bəzi xəbərlər var. Bunlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi dezinformasiyalar saxta xəbərlərə yol açır ki, bunlar da Rusiya ilə Ukrayna arasında bəzi arzuolunmaz vəziyyətlərin yaranmasa səbəb olur.
Türkiyə NATO çərçivəsində üzərinə düşən bütün öhdəlikləri uğurla yerinə yetirir. Bizim ən səmimi arzumuz Qara dəniz sahilindəki ölkələrin rahatlıq, təhlükəsizlik və firavanlıq içində yaşamasıdır. Bu mənada Montrö Konvensiyasına (Boğazlar Konvensiyası, 1936) əməl etmək vacibdir. Montrö Konvensiyası təmin edilələrsə, bütün tərəflərə faydalı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB