Tunisdә fövqәladә vәziyyәt rejiminin müddәti uzadılıb

Tunisdә fövqәladә vәziyyәt rejiminin müddәti uzadılıb

Tunisdә 2015-ci ildә törәdilәn terror aktlarından sonra elan edilәn fövqәladә vәziyyәt rejiminin müddәti bu ilin sonunadәk uzadılıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, rәsmi qәzetdә dәrc olunan qәrara әsasәn fövqәladә vәziyyәt rejimi 2022-ci ilin 31 dekabr tarixinәdәk uzadılıb.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Tunisin Məhəmməd Hamis küçəsində Prezident Mühafizə Alayını hədəf alan bombalı hücumdan sonra ölkədə elan edilən fövqəladə vəziyyət rejiminin müddәti dәfәlәrlә uzadılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə