Miqren peyvəndi nədir?

Son 3 ildə dünyada istifadə edilən miqren peyvəndi Türkiyədə də ötən ildən tətbiq olunmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Anadolu Tibb Mərkəzi Nevrologiya Mütəxəssisi və Nevrologiya şöbəsinin müdiri prof. dr. Yaşar Kütükçü, "Bu gün tibbdə istifadə edilən dərman müalicələri ilə miqren tutmaları nəzarət altına alınsa da, hələlik miqrendən tamamilə qurtulmağın bir yolu yoxdur. Dünyada son bir neçə ildir gündəmdə olan miqren peyvəndi miqren xəstəliyinin qarşısının alınmasına kömək edir. İstifadəsi çox asan olan və əvvəlcədən doldurulmuş xüsusi iynələrdə satılan miqren peyvəndi ayda bir dəfə dərialtı iynə olaraq vurula bilər.

Miqren peyvəndi miqren ağrısını başlatan maddələrin qarşısını alaraq profilaktik təsir yaradır. Müalicə kimi əvvəlki müalicələrə yaxşı reaksiya verməyən və ayda 4-5-dən çox ağrı tutması olan xəstələrdə istifadə etmək daha məqsədəuyğun olardı”-deyə, sözlərinə əlavə edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə