Üç ildən artıqdır ki, müzakirə olunan İranın nüvə sazişi başa çatmaq üzrədir.
SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək rütbəli rəsmisinə istinadən “The New Arab” nəşri məlumat yayıb.
“Düşünürəm ki, müqavilə gələn həftə hazır olacaq. İndi bizim masada yekun sənədə çevriləcək bir mətn var”, - deyə rəsmi nəşrin məlumatında bildirilib.
Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Avropa İttifaqı və ABŞ-ın nümayəndələri İranın nüvə silahının inkişaf etdirilməsi üçün danışıqlarda iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB