NATO Türkiyəni təbrik edib

NATO Türkiyə və Yunanıstanı alyansa qoşulmasının 70-ci ildönümü münasibətilə təbrik edib.

SİA-nın xəbərinə görə NATO-nun sosial media hesabında iki ölkənin 18 fevral 1952-ci ildə alyansa üzv olduqları xatırladılıb. Türkiyə və Yunanıstanı təbrik edən NATO, iki ölkənin üzv olduğu illərdən görüntüləri əks etdirən videoçarxı yenidən paylaşıb. Ağ-qara videoçarxda türk və yunan əsgərlərinin görüntülərinin müşayiəti ilə NATO-nun cənub cinahının təhlükəsizliyi üçün iki ölkənin əhəmiyyəti vurğulanır.

Qeyd edək ki, Türkiyə və Yunanıstan 70 il əvvəl bu gün alyansın baniləri 12 üzvdən sonra NATO-ya üzv olan ilk iki ölkə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə