Rusiya-Ukrayna gərginliyinin həll olunması hamımızın ortaq arzusudur - Hulusi Akar
Rusiya-Ukrayna gərginliyində dialoqu davam etdirmək və diplomatiya yolu ilə nəticə əldə etmək hamımızın ortaq arzusudur. Biz təzyiqi aşağı salmaq üçün üzərimizə düşəni edirik.
SİA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra yerli jurnalistlərə açıqlamasında deyib.
H.Akar qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna böhranına münasibəti ilk gündən bəri açıq və konkretdir:"Mövqeyimiz ən yuxarı səviyyələrdə-Prezident və nazirlər səviyyəsində həmişə dilə gətirilib. Regiondakı gərginliyin soyuqqanlı həllinin tərəfdarıyıq. Bu mənada Qara dəniz sahili ölkələrinin hüzur və rifah içində yaşamasını istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB