Britaniyalı üzgüçü Saymon Nellist okeanda üzərkən 4 metrlik böyük ağ köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişib. SİA xarici mətbuata istinadən bildirir ki, bu hücum 60 il əvvəl də baş verib. 35 yaşlı britaniyalı üzgüçü Saymon Nellist həftə sonu xeyriyyə təşkilatı üçün məşq edərkən 4 metrlik köpəkbalığının hücumuna məruz qalıb. Onun meyiti suda bir saat axtarışdan sonra tapılıb. Təcrübəli okean üzgüçünün İngiltərədə ailəsi, Sidneydə isə sevgilisi olduğu öyrənilib. Simon macəraçı kimi tanınırdı. Hadisə şahidləri deyirlər ki, köpəkbalığı kişinin cəsədini okeanın dibinə çəkməzdən əvvəl şaquli hücuma keçib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB