Yunanıstan silahlanmağa davam edir

Yunanıstan silahlanmağa davam edir

Yunanıstan parlamenti Silahlı Qüvvələrin gücləndirilməsi ilə bağlı üç sazişi ratifikasiya edib.

Hakim Yeni Demokratiya Partiyası, müxalif Dəyişiklik Hərəkatı (KINAL) və Yunanıstan Həll partiyalarının dəstəyi ilə təsdiqlənən razılaşmalardan biri Rafale tipli 6 döyüş təyyarəsi, digəri 3 Belharra tipli freqat və üçüncüsü sualtı qayıqlarda istifadə edilmək üzrə 44 torpidon satın alınmasını nəzərdə tutur.

SİA-nın əldə etdiyi məlumata görə, müxalifət partiyası SİRİZA-nın lideri Aleksis Tsipras parlamentdəki çıxışında hökuməti yüksək inflyasiya nisbətinin hökm sürdüyü bir vaxtda müdafiə xərclərinə həddindən artıq vəsait ayırndığı üçün tənqid edərkən, baş nazir Kiryakos Mitsotakis sözügedən razılaşmaların Yunanıstanın silah gücünü və geosiyasi əhəmiyyətini artıracağını vurğulayıb.

Xatırladaq ki, Mitsotakis sentyabr ayında Fransadan alınacaq Rafale döyüş təyyarələrinin sayının 18-dən 24-ə çatdırılacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə