Ukrayna ətrafında gərginlik azalır?

Ukrayna ətrafında gərginlik azalır?

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna ətrafındakı vəziyyəti izləməyə davam edir.
SİA TASS-a istinadla xəbər verir ki, bunu keçirilən brifinqdə baş katibin nümayəndəsi Stefan Düjarrik Rusiya qoşunlarının bir hissəsinin təlimlərdən geri qayıtması ilə bağlı xəbərləri şərh edərkən deyib.​​​​​​​ O bildirib ki, Quterreş gərginliyin azaldılması siqnallarını alqışlayır:
"Baş katib vəziyyəti izləməyə davam edir və gərginliyin azaldılması, eləcə də regionda təhlükəsizlik məsələləri ilə bağlı diplomatik işi davam etdirmək siqnallarını alqışlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə