Polşanın baş naziri ölkədə kibertəhlükə rejimi tətbiq edib

Polşanın baş naziri ölkədə kibertəhlükə rejimi tətbiq edib

Polşanın Baş naziri Mateus Moravieçki ölkədə kibertəhlükə rejimini tətbiq edib.

SİA xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Rejimin tətbiq edilməsində məqsəd kiberməkanda təhdidlərə qarşı mübarizədir.

Hazırda ölkədə kiber hücumlarla bağlı birinci təhlükə səviyyəsi (ALFA-CRP) elan edilib.

ALFA-CRP dərəcəsi terrorla mübarizə qanununda müəyyən edilmiş dörd təhlükə dərəcəsinin ən aşağısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə