“ABŞ Ukraynada raketlər yerləşdirmək niyyətində deyil”

“ABŞ Ukraynada raketlər yerləşdirmək niyyətində deyil”

"ABŞ-ın Ukraynada raketləri yoxdur və gələcəkdə orada raket yerləşdirmək niyyətində deyil”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden bildirib.

Onun sözlərinə görə, ölkəsi problemlərin diplomatiya yolu ilə nizamlanmasına hazırdır:

“Lakin ABŞ Rusiyanın Ukraynaya qarşı mümkün hərbi müdaxiləsinə də qəti cavab verməyə hazırdır. Eyni zamanda ABŞ hökuməti Rusiya ilə təhlükəsizlik razılaşmaları əldə olunarsa, bunu yazılı formaya salmağa hazırdır. Bu həftəsonu mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışanda Rusiya, ABŞ və Avropa ölkələri arasında yazılı anlaşma əldə etmək üçün yüksək səviyyəli diplomatiyanı davam etdirməyə hazır olduğumuzu açıq şəkildə çatdırdım.

Həm bizim, həm də Avropanın təhlükəsizlik problemləri var. Prezident Putin və mən razılaşdıq ki, komandalarımız avropalı tərəfdaşlarımızla birlikdə bu məqsədə doğru işləməyə davam etməlidir. Dünən Rusiya hakimiyyəti diplomatiyanı davam etdirməyə hazır olduqlarını açıqladı. Razıyam. Diplomatiyaya uğur qazanması üçün hər cür şans verilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB