Macarıstan Avropa İttifaqının tərkibindən çıxa bilər

Macarıstan Avropa İttifaqının tərkibindən çıxa bilər

Macarıstanın Baş naziri Viktor Orban bu fikri millətə videomüraciətində bəyan edib.

"Əgər milli qanunvericiliyin aliliyi naminə Macarıstanın Brüssellə “müqəddəs müharibə”si öz bəhrəsini verməzsə, o halda ölkə Avropa İttifaqının tərkibindən çıxa bilər".

SİA-nın əldə etdiyi məlumata görə, Macarıstanın Baş naziri Viktor Orban bu fikri millətə videomüraciətində bəyan edib. O, nitqində bu variantın istisna olmadığına və ciddi şəkildə nəzərdən keçirilməsinə açıq-aşkar işarə edərək “leninsayağı tərzdə” deyib: “Əgər biz ölkəmizə münasibətdə dözümlülük görməsək, o halda başqa yol ilə gedəcəyik”.

Brüssel Macarıstandan Aİ qanunlarının milli qanunlar üzərində aliliyinin tanınmasını tələb edir. Buna riayət etməyən ölkələri antiböhran subsidiyaların azaldılacağı ilə hədələyirlər. Müqavimət göstərən Polşa da artıq 15 milyon avrodan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə