Çində Olimpiadaya gələnlər arasında 3 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Çində Olimpiadaya gələnlər arasında 3 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarına gələnlər arasında daha 3 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 32 nəfər, o cümlədən 14 idmançı gəlib. Keçirilən PSR testləri nəticəsində biri idmançı olmaqla 3 nəfərdə virus aşkar edilib.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən 20-dək keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə