SİA-nın əldə etdiyi məlumata görə, Havayda keçirilən görüşün yekunu barədə danışan Blinken bildirib ki, hər üç ölkə Şimali Koreyanın son aylarda raket sınaqlarını artırmasını pisləyib.
Dövlət katibi qeyd edib ki, ABŞ, Yaponiya və Cənubi Koreya təxribat mərhələsində olan Şimali Koreyaya qarşı vahid yanaşma nümayiş etdirir.
Qeyd edək ki, Şimali Koreya yanvarın 30-da orta mənzilli “Hwasong-12” ballistik raketini sınaqdan keçirib. Bu, 2022-ci ildə KXDR tərəfindən ardıcıl yeddinci raket buraxılışı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB