Meksikanın Çiuahua ştatının Syudad Xuares şəhərində dəfn mərasiminə iki ayrı silahlı hücum təşkil edilib.
SİA-nın əldə etdiyi məlumata görə, hücumlar nəticəsində aralarında 12 yaşlı yeniyetmə və 2 qadın olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, daha 2 nəfər yaralanıb. Birinci hücumun mərasim evinə edildiyi, 3 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edilir ki, az sonra dəfn mərasiminin təşkil olunduğu kilsəyə ikinci hücum olub və 6 nəfər öldürülüb, 2 nəfər yaralanıb.
Ştatın Baş Prokurorluğundan verilən açıqlamada hadisə ilə bağlı təhqiqatın başlanıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB