"Valyuta dalğalanmalarının ölkə iqtisadiyyatı ilə heç bir əlaqəsi yoxdur"

"Valyuta dalğalanmalarının ölkə iqtisadiyyatı ilə heç bir əlaqəsi yoxdur"

Türkiyədə ƏDV Sisteminin Sadələşdirilməsi Proqramı çərçivəsində əsas ərzaq məhsulları üzrə ƏDV 8 faizdən 1 faizə endirilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə İqtisadiyyat modeli: yeni addımlar və inflyasiya tədbirləri"nə dair toplantıda videoformatda çıxışında deyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Ötən ilin son aylarında valyuta məzənnələrində baş verən dalğalanmalara toxunan Ərdoğan bunun ölkə iqtisadiyyatının reallıqları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Türkiyə prezidenti deyib: “2022-ci ildə bu prosesdə ortaya çıxan yüksək inflyasiyanın təsirlərini böyük ölçüdə aradan qaldırmağı hədəfləyirik. İnflyasiya ilə mübarizə tam qətiyyət, inam və fədakarlıq tələb edir. Hökumət olaraq bununla bağlı addımlar atırıq”.

Tədbirdə çıxış edən Xəzinə və maliyyə naziri Nurəddin Nəbati Türkiyə iqtisadiyyatının yeni modelinin sərmayə, məşğulluq, istehsal və ixrac olmaqla dörd əsas təməl üzərində qurulduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə